“Heyvandarlıq sahəsində diri və heyvan mənşəli məhsulların ixrac yönümlülüyünün təşkili məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə birgə işlər aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu işlər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilir:
“İndiki halda Füzuli rayonu ərazisində giriş karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiya edilməsi, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanmasının həyata keçirilməsi planlaşdırılır”.
O qeyd edib ki, Qarabağda kənd təsərrüfatının inkişafı bütün ölkənin inkişafına müsbət təsir göstərəcək.
İlhamə Əbülfət