Azərbaycanda inkassator avtomobili qəzaya uğrayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində avtomobildə olan xəzinədar Cavad Bədəlov yerindəcə keçinib. Avtomobilin sürücüsü Emil Ağarzayev isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Polisdən, həmçinin bildirilib ki, qəzaya düşən inkassator avtomobilində olan pullara ziyan dəyməyib. Həmin pullar “Kapitalbank”ın başqa bir inkassator maşını ilə mənzil başına çatdırılıb.