İyunun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Bu gün 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, ”Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:54-də başa çatıb.
03.06.2017 (14:47)
FHN-in rəsmi saytında yerləşdirilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində bir azyaşlının suya düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, ötən gündən itkin düşdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğludur.
Qeyd olunur ki, uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” cümləsini yazaraq yoxa çıxıb.
Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında azyaşlının ayaqqabısının bir tayı tapılıb, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunur.
Hazırda FHN-nin müvafiq qurumunun dalğıc-xilasediciləri tərəfindən Mil-Muğan kanalında axtarış işləri aparılır. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.
S.B.
www.oxu.az