İran İslam Respublikası Ali dini lideri ayətullah Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi ayətullah Seyid Həsən Amili Azərbaycanı sərt tənqid edib.
İran KİV-in məlumatına görə, cümə namazından sonra dindarlar qarşısında çıxış edən S.H.Amili Azərbaycanı “regionda əxlaqsızlıq ocağı” adlandırıb.
Onun sözlərinə görə, Azərbaycan televiziyasının verilişlərinə baxmaq kifayətdir ki, buna əmin olasan.
“Hər gün Azərbaycanda çılpaq müğənni və aktrisaları televiziya efirinə buraxırlar və mənəviyyatsızlığın təbliğatı aparılır. Buna görə də, bu ölkənin gəncləri elmlə, təhsillə maraqlanmırlar, çünki gənc insanlar uğura gedən yolu pozğunluq və mənəviyyatsızlıqda görürlər” – deyə, o bildirib.
Ayətullah həmçinin Azərbaycanda təhsil və səhiyyə sahəsində problemlərdən danışıb.
www.haqqin.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin