Cari ilin ilk üç ayında yol qəzalarında ölüm faktı ötən ilə nisbətən 104 nəfər artıb.
Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, cari ilin ilk üç ayında respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi (YNH ) qeydə alınıb, nəticədə 258 nəfər həlak olub, 691 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 118 fakt (22,3%), həlak olanların sayı 104 nəfər (67,5%) və yaralananların sayı 123 nəfər (21,7%) artıb.
Cari ilin ilk üç ayında paytaxtda baş verən yol qəzalarında 80 nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhəri ərazisində 221 Yol Nəqliyyat Hadisəsi (YNH) qeydə alınıb, bunların nəticəsində 80 nəfər həlak olub, 211 nəfər yaralanıb.
2012-ci ilin I rübü ilə müqayisədə YNH-in və həlak olanların sayı uyğun olaraq 9 fakt (4,2%) və 37 nəfər (86%) artıb, yaralananların sayı isə 26 nəfər (11%) azalıb.
Bu müddət ərzində isə 21008 avtomobil ilkin qeydiyyata alınıb, 25741 ilkin sürücülük vəsiqəsi verilib.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin