Martın 2-si saat 21:00-dan 3 mart 00:00-dək Astara dövlət sərhəd buraxılış məntəqəsindən 50 nəfər təxliyə olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlardan 7-si Azərbaycan, 10-u Tacikistan, 11-i Rusiya, 17-si Çin, 5 nəfəri isə Serbiyanın İrandakı diplomatik korpusunun nümayəndələridir.
Son 3 saat ərzində təxliyə olunanlardan 5-i azyaşlıdır.
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 553 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 2-si saat 20:00-a qədər sərhədi 152 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 127, Rusiyanın 114, Pakistanın 65, Tacikistanın 42, Səudiyyə Ərəbistanının 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
ABŞ və İsrailin fevralın 28-də başladığı hərbi əməliyyatlar nəticəsində İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 2-si saat 14:00-dək sərhədi 131 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 81, Rusiyanın 47, Pakistanın 32, Tacikistanın 30, Səudiyyə Ərəbistanının 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstanın 2, Fransanın 2 və Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyanın hərəsindən 1 nəfər olmaqla digər ölkələrin vətəndaşları da Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunublar.
Martın 2-si saat 14.00-dan 17.00-dək Astara sərhəd gömrük-keçid məntəqəsindən 10-a yaxın Çin, 15 Pakistan, altı Azərbaycan vətəndaşı təxliyə olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə zamanı bir əcnəbiyə səhhətində yaranan problemlə bağlı yerində tibbi yardım göstərilib.
Son üç saat ərzində Astara sərhəd gömrük keçid məntəqəsindən 10 azərbaycanlı, bu dəqiqələrdə 5 Çin, 10 Rusiya, 4 Tacikistan vətəndaşı təxliyə olunub.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.
Astara sərhəd gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu dəqiqələrdə keçid məntəqəsindən bir Fransa, yeddi Tacikistan və beş Azərbaycan vətəndaşının keçidi təmin olunub.
Həmçinin, martın 1-dən bu gün səhər saat 10-a qədər Astara sərhəd gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və iki Tacikistan vətəndaşı təxliyə olunub.
Hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Qeyd edək ki, bundan əvvəl 50 Çin vətəndaşı da təxliyə olunub.