"Qərbi Azərbaycanda İrəvan qazılığının hər zaman özünəməxsus xidməti olub. Qazılıq Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində fəaliyyət göstərib və dinin təbliği ilə məşğul olub".
Bunu Baku TV-yə açıqlamasında İrəvan qazısı Bəxtiyar Nəcəfov bildirib.
"Bu, bizim üçün bir başlanğıcdır. Allah nəsib edərsə, Qərbi Azərbaycan İcması ilə birgə fəaliyyətimizi davam etdirəcəyik", - deyə o vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında qərar qəbul edilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan qazılığının fəaliyyəti bərpa edilir.
Bu məlumatı Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsi təsdiqləyib.
Qurumdan bildirilib ki, sözügedən məsələ ilə bağlı Qazılar Şurasında iclas keçiriləcək: "İrəvan qazısı fəaliyyətini QMİ-nin əsas binasında davam etdirəcək".
Məhərrəm Əliyev