Bakıda qır quyusuna düşən heyvan xilas edilib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami rayoununda iribuynuzlu heyvan qır tullantıları olan ərazidə batıb.
Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və məlum olub ki, iribuynuzlu heyvan qır tullantıları olan ərazidə batıb və sahibi tərəfindən çıxarılması mümkün olmayıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə heyvanı qır tullantılarından çıxararaq təhvil veriblər.
Xilasetmə əməliyyatı saat 19:48-də başa çatıb.