Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda evlər sökülür
Fioletov küçəsində yerləşən qeyri-qanuni tikililər uçurulur.
Növbətçi Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə başlanılıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətindən bildiriblər ki, hazırda 29-cü məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri ilə bağlı işlər görülür.
Bundan əlavə, qəsəbədəki Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş torpaq sahələri üzərindəki müxtəlif konstruksiyalı hasarlar, eləcə də şəhərsalma və tikinti normalarına cavab verməyən yarımçıq tikililər sökülür.
Bu ərazilər təmizlənərək abadlaşdırılır.