2015-ci il iyunun 18-də Tovuz, iyunun 19-da isə Ağstafa rayonlarında Əmək yarmarkaları keçiriləcək.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, hazırda yarmarkalarda təqdim olunacaq boş iş yerləri barədə müəssisələrdən məlumatların toplanması işləri aparılır.
İlkin məlumata görə, Tovuz rayonunda keçiriləcək yarmarkada 218, Ağstafa rayonunda keçiriləcək yarmarkada isə 260 boş iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim olunacaq.
Xatırladaq ki, əmək yarmarkaları Tovuz rayonunda Şahmat məktəbinin binasında, Ağstafa rayonunda isə Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Ülviyyə R. Əli
www.oxu.az