"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi azad olunmuş ərzilərdə dağıdılmış kəhrizləri bərpa edəcək".
Bunu Oxu.Az-a açıqlamasında Regional Su Meliorasiya Xidməti rəisinin müavini İlham Quliyev deyib.
O bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır:
"Cəbrayıl və Ağdamda belə kəhrizlər var. Hazırda digər ərazilərdə də axtarış-araşdırma işləri aparılır. Monitorinqlər sən sonra həmin aşkarlanan kəhrizlərin analizi həyata keçiriləcək, sonra isə həmin kəhrizlər bərpa olunacaq".