İsmayıllı rayonunun Diyallı kənd sakini itkin düşüb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, kənd sakini Əhman Kərimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 31.07.1989-cu il təvəllüdlü Məhəmməd Kərimov bu il sentyabrın 26-da səhər evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb. Məhəmməd Kərimovun xarakterik əlamətləri aşağıdakılardır:
Boyu 176 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları şabalıdı rəngdədir.
M.Kərimov evdən çıxan zaman əynində göy rəngli qısaqol köynək, qara rəngli cins şalvar, ayağında qara çəkmə olub.
Onu görənlərdən və ya itkin düşmüş şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 211-31-84 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.
