Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsmayıllı şəhəri müasirləşdiriləcək - Yeni Baş plan hazırlanır
İsmayıllı şəhərini müasirləşdirmək və dayanıqlı inkişafını sürətləndirmək məqsədilə yeni Baş planı hazırlanır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev özünün rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.
Komitə sədri İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla keçirdiyi görüşdə yeni Baş plan layihəsinin detallarını müzakirə edib.
Plana uyğun olaraq, küçə-yol şəbəkəsinin yenilənməsi, memarlıq simasının və müasir şəhər mühitinin formalaşdırılması ilə əlaqədar həyata keçiriləcək layihələrin mərhələləri dəqiqləşdirilib.
Səfər çərçivəsində, həmçinin, İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan sakinləri qəbul edən Anar Quliyev vətəndaşların, əsasən, torpaq münasibətləri, tikintiyə icazələrin alınması və obyektlərin istismara verilməsi ilə bağlı suallarını cavablandırıb. Bu proseslərdə şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə komitə tərəfindən yaradılan elektron icazə sistemi haqqında ətraflı məlumat verib.
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi" teqi üzrə xəbərlər
- "Fəvvarələr meydanı" yaxınlığında ictimai sahənin qanunsuz zəbt edilməsinin qarşısı alınıb
- Azərbaycanda süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası təsdiqləndi
- Anar Quliyev: "Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır"
- Komitə sədri: "Hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz"
- İşğaldan azad olunmuş səkkiz şəhərin Baş planı hazırdır