İsmayıllı rayonunda intihar hadisəsi qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Uştal kəndində kənd sakini, 1995-ci il təvəllüdlü Nadirli İsa Məzahir oğlu yaşadığı evin həyətindəki tövləsindən özünü kəndirlə asaraq öldürüb.
Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.