Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:43:44 -də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Tikililərdə dağıntı yoxdur.
11:05
İsmayıllıda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yeraltı təkanlar bu gün 07:51 radələrində Pirquludan 15 km qərbdə rayon ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Tikililərdə dağıntı yoxdur.