Niderland Krallığının xarici işlər naziri Frans Timmermans fevralın 4-də Azərbaycana rəsmi səfər edəcək.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində Frans Timmermansın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
E.Məmmədyarovla görüşdən sonra mətbuat konfransı keçiriləcək.