İsmayıllı rayonunda evdə partlayış baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Quşencə kəndində qeydə alınıb.
Kənd sakini 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev yararsız hala düşüb.
Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.