Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsrail-İran gərginliyi Azərbaycana məhsul idxalına necə təsir göstərir?
İran və İsrail arasında son günlər yaşanan gərginlik sözsüz ki, İran iqtisadiyyatına və ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək.
Bəs hazırda cənub qonşumuzun müharibə şəraitində olması bazara necə təsir edib? İrandan gələn məhsullar bahalaşıbmı? Ümumiyyətlə məhsulların idxalında hansısa problem varmı?
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, satıcıların sözlərinə görə, qiymətlər artmasa da, artıq bəzi məhsulların idxalı dayanıb.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, İsrail və İran arasında yaşanan gərginlik Azərbaycan-İran arasında olan idxal-ixrac prosesində fasilələr yaradacaq.
İqtisadçı deyir ki, İrandan ölkəmizə idxal olunan məhsulların 30%-dən çoxu qida məhsullarıdır.
Ekspertin sözlərinə görə, İsrail-İran gərginliyi uzunmüddətli davam edərsə, İrandan idxal imkanları məhdudlaşacaq, idxal olunan məhsullar isə bahalaşacaq.
Ətraflı süjetdə:

"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"