Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
İsrail-İran gərginliyi Həcc ziyarətindən qayıdan zəvvarların uçuş planlarına təsir edib.
Oxu.Az xəbər verir ki, Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar təyyarə reyslərinin gecikməsi və istiqamətlərinin dəyişməsi ilə bağlı çətinliklə üzləşiblər.
Məlumata görə, "Flynas" aviaşirkətinin Ciddə-Bakı reysi yerli vaxtla səhər saat 05:15-də baş tutmalı olsa da, uçuş ləğv edilib və sərnişinlər təxminən 14 saat gözləməli olublar. Uçuş yalnız axşam saatlarında - yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 20:00) həyata keçirilib.
Uçuş marşrutu da dəyişdirilib. İranın hava məkanının bağlanması səbəbindən təyyarə əvvəlcədən planlaşdırılmış birbaşa marşrutdan fərqli olaraq Misirə yönləndirilib, oradan Aralıq dənizi üzərindən Türkiyəyə, daha sonra isə Gürcüstan üzərindən Bakıya uçacaq. Gecikmiş reysin gecəyarısından sonra Bakıya enməsi planlaşdırılır.
Qeyd edək ki, bu dəyişikliklər İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı regionda yaranmış təhlükəsizlik riski fonunda baş verib. İranın hava məkanını bağlaması bölgədəki digər uçuşlara da təsir göstərib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"