Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

SAXAL SEPAH-ın hərbi aerokosmik qüvvələrinin komandirinin məhv edildiyini açıqladı
İsrail Müdafiə Ordusu (SAXAL) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi aerokosmik qüvvələrinin komandiri general-mayor Əmir Əli Hacızadənin İranda yeraltı komandanlıq mərkəzinə gecə zərbələri endirərkən məhv edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.
"Gecə kəşfiyyat müəyyən edib ki, SEPAH Aerokosmik Qüvvələrinin ən yüksək komandanlıq zənciri İsrailə hücuma hazırlaşmaq üçün yeraltı komandanlıq mərkəzində toplaşıb. Kombinə edilmiş ilkin zərbənin bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları SEPAH-ın hərbi aerokosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə ilə yanaşı digər yüksək komandirin də yerləşdiyi komanda mərkəzinə zərbələr endiriblər", - deyə məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, həmçinin bu zərbə zamanı SEPAH hərbi aerokosmik qüvvələrinin pilotsuz uçan aparatlar bölməsinin komandiri və SEPAH-ın hərbi aerokosmik qüvvələrinin hava komandanlığının rəhbəri də məhv edilib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri, ehtimal ki, İsrailin gecə zərbəsi nəticəsində həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən xəbər verir.
Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu xalqa təcili televiziya müraciətində bildirib ki, İsrail İranın nüvə proqramının kritik əhəmiyyətli obyektlərinə zərbələr endirib.
"İsrail indicə İranın İsrailin mövcudluğuna təhdid yaratdığı təhlükəni aradan qaldırmaq üçün "Qalxan şir" dəqiq hərbi əməliyyatını həyata keçirdi", - deyə Netanyahu bildirib.
O qeyd edib ki, İranda zərbə endirilən hədəflər arasında atom fizikləri və Natanzdakı uran zənginləşdirmə obyekti olub. Netanyahu əlavə edib ki, əməliyyat lazım olduğu qədər gün davam edəcək.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbə endirib. KİV-in məlumatına görə, Tehranda ən azı səkkiz partlayış baş verib. Yanğınlar başlayıb.
İsrailin hücumları nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami həlak olub.
Oxu.Az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.
Həmçinin bildirilir ki, Xatəmül-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid də ölüb.
KİV İsrailin Natanzdakı nüvə obyektinə zərbəsi nəticəsində üç nüvə aliminin, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin, İran Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasinin və İran nüvə layihəsinin liderlərindən biri olan Məhəmməd Mehdi Tehraninin həlak olduğu barədə məlumat yayıb.
İranın hava məkanını bağladığı bildirilir.
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Hədəfin dəqiq nədən ibarət olduğunun hələlik məlum olmadığı bildirilib.
İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, İrana qarşı "preventiv zərbə" endirilib və əhalini İranın tezliklə cavab hücumu həyata keçirə biləcəyi barədə xəbərdar edib.
Bununla əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq edilib.
İsrail əhalisinə saat 03:00-da (Bakı vaxtı ilə 04:00-da - red.) ordu tərəfindən təcili xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq xüsusi siqnal vasitəsilə, bütün bloklamaları keçərək mobil telefonlara daxil olub. Əhaliyə arxa cəbhə komandanlığının verəcəyi təlimatlara ciddi şəkildə əməl etmək tapşırılıb.
Bununla yanaşı, ölkənin mərkəzi bölgələrində hava hücumu siqnalları eşidilib.
Bütün ölkə ərazisində təhsil prosesi, strateji sahələr istisna olmaqla, müəssisələrin fəaliyyəti dayandırılır, kütləvi toplaşmalara qadağa qoyulur.
İran dövlət televiziyası paytaxt Tehranda partlayışların olduğunu bildirib. Məlumata əsasən, hava hücumundan müdafiə sistemləri işə düşüb.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi