Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Tottenhem" yeni baş məşqçisi üçün nə qədər təzminat ödəyib?
"Brentford"un sabiq baş məşqçisi Tomas Frankın "Tottenhem"ə transferi üçün təzminat təxminən 10 milyon funt sterlinq təşkil edib.
Oxu.Az-ın məlumatına görə, xəbəri "The Sun" paylaşıb.
Frankın köməkçisi Castin Kokrayn, fitnes üzrə məşqçi Kris Haslam və analitik Co Nyuton da müqaviləyə əsasən onunla birlikdə "Tottenhem"ə qoşulublar.
Xatırladaq ki, 51 yaşlı danimarkalı üç mövsümlük, yəni 2028-ci ilə qədər müqavilə imzalayıb. O, "Tottenhem"də iyunun 6-da klubdan qovulduğu açıqlanan Ange Postekoqlounu əvəzləyib.
Frank 2016-cı ildən "Brentford"da işləyirdi. O, əvvəl Dekan Smitin köməkçisi olub, iki ildən sonra komandanın baş məşqçisi təyin edilib.
2024/25 mövsümündə "Brentford" Premyer Liqanı 56 xalla 10-cu pillədə başa vurub. "Tottenhem" (38 xal) turnir cədvəlini 17-ci pillədə tamamlayıb və Avropa Liqasının qalibi olub.
"Tottenhem FK" teqi üzrə xəbərlər
- "Tottenhem"in futbolçusu toydan sonra İsraildən qayıda bilmir
- "Tottenhem"in ulduzu karyerasını Türkiyə Superliqasında davam etdirə bilər
- "Tottenhem"də yeni baş məşqçi - RƏSMİ
- "Tottenhem"in yeni baş məşqçisinin adı açıqlanıb
- UEFA Avropa Liqasının qalibi olan "Tottenhem" baş məşqçini istefaya göndərdi