Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı
9-12 iyun tarixlərində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən "Saray MTK" yaşayış kompleksindəki mənzillərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 13-cü mərtəbədə yerləşən mənzildə qeydə alınıb.
Polis tərəfindən keçirilən tədbirlərlə oğurluğun qonşu tərəfindən törədildiyi müəyyən olunub və o saxlanılıb.
Məlum olub ki, 32 yaşlı Teymur Əliyev həmin mənzilə balkon vasitəsilə daxil olaraq oğurluq edib və hadisə yerindən izi itirməyə çalışıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda iş adamının iki villası qarət edildi: Yarım milyon manatdan artıq oğurluq
- Azərbaycanda silsilə qətllər törədən dəstə başçısı: "İşgəncə ilə öldürdük, getdik yeyib-içməyə"
- "Tour de France"da komandadan 143 min avro dəyərində velosipedlər oğurlandı
- Bakı və Abşeronda üç nəfər altı evi talan etdi
- Bakıda maskalı şəxs mağazadan 34 600 manat oğurladı
Ən çox oxunanlar