Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan multimonitorinq planının icrası davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Doqquz istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama keçirilib və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub. Eyni zamanda, həmin müəssisələrdən ikisində məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb ediliblər. Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1 560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu istiqamətdə araşdırmalar davam etdirilir.
Uyğunsuzluq aşkarlanan bal məhsulları, istehsalçılar və istehlaka yararsız məhsul partiyaları ilə bağlı məlumatla aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Aşkar olunan uyğunsuzluqlar, əsasən, bal məhsullarının təbii olmadığını və keyfiyyətinin aşağı olduğunu, həmçinin tələblərə uyğun saxlanılmadığını göstərir.
№ | Məhsulun adı | Məhsulun istehsalçısı | Məhsul partiyası/ istehsal və son istifadə tarixi |
Yerli istehsal | |||
1. | "Pətək Süzmə" əmtəə nişanlı bal | Fiziki şəxs Məmmədəliyev Əli Teymur oğlu | 01.05.2024−01.05.2026, 01.10.2023−01.10.2025 |
2. | "Мёд Натуральный" əmtəə nişanlı bal | iyun 2023−iyun 2025 | |
3. | "Al Dad" əmtəə nişanlı bal | 01.10.2023−01.10.2025, 01.01.2024−01.01.2026, 01.05.2024−01.05.2026 | |
4. | "Şah Bal" əmtəə nişanlı bal | 01.01.2024−01.01.2025, 01.05.2024−01.05.2026, 01.06.2024−01.06.2026 | |
5. | "Kəpəz Bal" əmtəə nişanlı bal | 01.05.2024−01.05.2025 | |
6. | "Gədəbəy" əmtəə nişanlı bal | 01.02.2023−01.02.2025 01.10.2023−01.10.2025 | |
7. | "Daşkəsən" əmtəə nişanlı təbii çiçək bal | 01.05.2024−01.05.2026 | |
8. | "Мёд Ивановка" əmtəə nişanlı bal | 01.05.2024−01.05.2026 | |
9. | "Bal Kəndimiz" əmtəə nişanlı bal | 01.10.2023−01.10.2024 | |
10. | "Bal İvanovka" əmtəə nişanlı bal | 01.01.2024−01.01.2026 | |
11. | "Daşkəsən" əmtəə nişanlı təbii cökə balı | 01.10.2023−01.10.2025 | |
12. | "Mastero" əmtəə nişanlı bal | "Kercom" MMC | 15.02.2024−15.02.2026 |
13. | "Abad" əmtəə nişanlı çiçək balı | 01.09.2024 | |
14. | "Ordubad" əmtəə nişanlı bal | Fiziki şəxs Əliyev Əkrəm Dünyamalı oğlu | 27.09.2022-27.09.2024 |
15. | "Təbii Biyan" əmtəə nişanlı bal | Fiziki şəxs Məmmədov Ehtiram Məmkişi oğlu | 05.07.2024−05.07.2026 |
16. | "MЁД" əmtəə nişanlı bal | "Ülsal" MMC | 01.02.2024−01.10.2026 |
17. | "Qarabağlı" əmtəə nişanlı süzmə bal | "Zəngəzur Group" MMC | 15.12.2023−01.07.2025 |
18. | "Saf Bal" əmtəə nişanlı təbii dağ şan balı | Fiziki şəxs Məmmədov Cəmil Gəncəli oğlu | 05.01.2024−05.01.2026 |
19. | "Saf Bal" əmtəə nişanlı təbii dağ cökə balı | 10.04.2023−10.04.2025 | |
20. | "Lerik" əmtəə nişanlı bal | Fiziki şəxs Rəhimova Mətanət Tofiq qızı | may 2023−may 2026 |
21. | "Ümid" əmtəə nişanlı çiçək balı | "Natiq Canhəsənli" firması | 20.09.2023−20.09.2025 |
22. | "Tamlı Bal" əmtəə nişanlı təbii bal | Fiziki şəxs Vəliyev Zakir Mamoş oğlu | 12.01.2022−12.01.2027 |
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Azərbaycanda bəzi qənd məhsullarında nöqsanlar aşkarlandı
- Çoxlu sayda məhsulda GMO aşkarlandı: AQTA nəzarət tədbirlərini gücləndirdi
- Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət QOYULDU
- Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- AQTA Bakıda restoranın fəaliyyətini məhdudlaşdırdı