Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İstinye Universiteti: Türkiyədə keyfiyyətli təhsilin ünvanı – FOTO
Son illərdə azərbaycanlı tələbələr ali təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkə isə Türkiyədir. Bunun səbəbi həm türk dilinin azərbaycanlı tələbələr tərəfindən rahat başa düşülməsi, həm təhsildəki keyfiyyət, həm də mədəniyyətlərin yaxınlığıdır.
Azərbaycanlı tələbələrin Türkiyə universitetlərinə olan marağını nəzərə alaraq yerli təhsil şirkətləri tələbələrə Türkiyə universitetlərinə qəbul və onların orada yerləşdirilməsi üçün lazım olan yardımı edirlər.
Belə şirkətlərdən biri də 2011-ci ildən bəri xaricdə təhsil sahəsində xidmət göstərən “Azeredu” şirkətlər qrupudur. Şirkət tələbələrə həm qəbul prosesində kömək edir, həm də Türkiyə universitetlərinə qəbul olmaq üçün tələb olunan YÖS, ALES, SAT, YDS, TIPDIL imtahanları üzrə kurslar keçir. “Azeredu”nun bir üstünlüyü də ondadır ki, şirkət tələbələrdən universitetlərə qəbul üçün heç bir ödəniş almır.
“Azeredu”nun ən yeni əməkdaşlıq qurduğu universitetlərdən biri də 2015-ci ildə “MLP Care” şirkətlər qrupu tərəfindən qurulmuş İstinye Universitetidir. “Liv Hospital”, “Medical Park” ve “VM Medical Park” xəstəxanalarının da daxil olduğu “MLP Care” şirkətlər qrupunun tərkibində olan universitet azərbaycanlı tələbələrin Türkiyədə təhsil ala biləcəyi ən yaxşı universitetlərdən biridir.
“Azeredu”nun təşkilatçılığı ilə İstinye Universitetini şəxsən görüb gəzmək imkanım oldu. Universitet hər bir tələbənin arzusunda olduğu bütün imkanlarla təchiz olunub. Universitetin kampusuna daxil olarkən ilk olaraq koridorda bir tərəfdə stolüstü tennis oynayan, digər tərəfdə gitara çalan tələbələri gördüyüm zaman ilk öncə gözlərimə inana bilmədim. Azərbaycan universitetlərinin əksəriyyətində belə bir şeylə rastlaşmaq imkanı çox azdır. Tələbələrlə dost kimi davranan müəllimlər, onların bütün problemləri ilə maraqlanan rektor və rektor müavini, gülərüz dekanlar və öz işinin peşəkarı olan personal - bütün bunları öz gözlərimizlə görmək imkanı oldu.
Universitetin 3 kampusdan və bir araşdırma mərkəzindən ibarət olması planlaşdırılır. Hal-hazırda fəaliyyət göstərən “Topkapı” kampusu 46 000 kv m əraziyə sahibdir və laboratoriya, müasir kitabxana, yeməkxana və s. ilə təchiz olunub. “Topkapı” kampusunda təhsil alan tələbələr əsasən tibb sahəsində oxuyan tələbələrdir. İstinye Universiteti diyetologiya, fizioterapiya, pediatriya, psixologiya, molekulyar biologiya və s ixtisaslar üzrə tələbə hazırlayır. Universitetdə tələbələr, həmçinin iqtisadiyyat, menecment, beynəlxalq əlaqələr, memarlıq və interyer dizayn sahəsində də təhsil ala bilərlər.
Yaxın aylarda isə universitetin “Çekmeköy” kampusu tələbələrin ixtiyarına veriləcək. “Çekmeköy” kampusunda əsasən 2 illik peşə təhsili alan tələbələrin yerləşdirilməsi planlaşdırılır.
2019-cu ildə açılması planlanan əsas kampus isə 500 000 kv m ərazisi ilə özəl universitetlər arasında ən böyük kampus olacaq.
Universitetin Tibb fakültəsində təhsil alan tələbələr təhsil dövründə yüksək nəticə göstərdikləri təqdirdə, “MLP Care” qrupuna daxil olan 32 xəstəxanadan birində işləmək şansı qazana bilərlər.
İstinye Universitetində tibb təhsili almağın digər bir üstün tərəfi isə ondan ibarətdir ki, tələbələr ilk tədris ilindən etibarən öyrənilən bütün bilikləri laboratoriyalarda, əməliyyatlarda testdən keçirə və daha yaxşı anlaya bilərlər.
İstinye Universitetində təhsil türk dilində aparılır və türk dilini bilməyən tələbələrə 1 semestr və ya 1 il ərzində türk dili öyrədilir. Daha sonra isə tələbə təhsil alacağı ixtisasa başlayır. Universitetin diplomu isə dünyanın bütün ölkələrində tanınır.
Universitetə məxsus olan və ən son texnologiya ilə təchiz olunmuş araşdırma xəstəxanasında Türkiyənin və dünyanın ən yaxşı mütəxəssisləri tərəfindən daim araşdırmalar aparılır və tibb sahəsində mühüm nailiyyətlər əldə olunur. Universitetdə təhsil alan tələbələr də bu araşdırmaların bir parçası ola və dünyaca məşhur professorlarla birlikdə araşdırmalarda yaxından iştirak edə bilərlər.
Xəstəxananın onkoloji mərkəzində xərçəngin bütün növləri üzrə əməliyyatlar keçirilir. Bundan əlavə xəstəxananın aparıcı mütəxəssisləri xərçəngin müalicəsində istifadə olunacaq yeni dərman preparatı hazırlayıblar və bu dərmanın xərçəngin müalicəsində yeni nailiyyətlər gətirəcəyinə inanırlar.
İstinye Universitetinin Azərbaycanda rəsmi təmsilçisi “Azeredu” şirkətlər qrupudur. Universitetə qəbulla bağlı bütün sualları şirkətə ünvanlamaq və şirkət nümayəndələrindən qəbul prosesində hər cür yardım almaq olar.
Ünvan: Ə.Hüseynzadə küç., 84 (Türkiyə təhsil müşavirliyinin və keçmiş “Anadolu” liseyinin yanı)
Email: [email protected]
Tel: +994 12 595 22 80/81, +994 50/55 226 22 81
Facebook: Azeredu Xaricdə Təhsil
İsmayıl Nur
"Türkiyə" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli aktrisanın əri də aktyorluğa başladı: Eyni filmə çəkildilər
- Türkiyədə yaşayan aktrisa Nesrin Cavadzadə serialdakı partnyoru ilə sevgili oldu
- Türkiyədə satılan dərmanlar qumar və cinsi asılılıq yaradır
- Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu
- Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq