Hazırda dünyanın ən böyük təyyarəsi olan “Stratolaunch” Kaliforniyada ilk dəfə anqarı tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Time” məlumat yayıb.
Təxminən 226 ton çəkisi olan təyyarə 250 ton yük götürə bilir. Rekordçunun qanadlarının uzunluğu 117, hündürlüyü isə 15 metrdir. Onun təyinatı yerətrafı orbitə buraxılacaq daşıyıcı-raketləri yüksək hündürlüyə qaldırmaqdır.
Təyyarənin istehsalçısı, Microsoft şirkətinin həmtəsisçisi Pol Allen tərəfindən təməli qoyulan şirkətdən bu üsulun daşıma və raket buraxılışının ləğv edilməsi risklərini mümkün qədər azaldacağı bildirilib.
N.О.
www.oxu.az