“Azərbaycanda missiya üçün hər şey hazırdır!”
Oxu.Az-ın məlumatına görə, bu barədə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizə tibbi heyət göndərən İtaliyanın Mülki Müdafiə Departamentinin “Twitter” hesabında bildirilib.
“İtaliya koronavirusla mübarizənin ən həssas mərhələləri ilə qarşılaşan ölkələrə kömək göstərməyə davam edir. Həmişə ön cəbhədə olan səhiyyə işçilərimizə təşəkkür edirik. Yaxşı yol!”, - deyə paylaşılan tvitdə vurğulanıb.
🇮🇹🇦🇿#3agosto È tutto pronto per la missione in Azerbaigian!
— Dipartimento Protezione Civile (@DPCgov) August 3, 2020
L’Italia continua a dimostrare il proprio aiuto ai Paesi che stanno affrontando le fasi più delicate della lotta al #Coronavirus.
Grazie al nostro personale sanitario, sempre in prima linea. Buon viaggio! pic.twitter.com/ndhbDbLGfF