Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İtkin düşən 16 yaşlı qızın atası: "Münasibətimiz yaxşı idi, 10 gündür tapa bilmirik"
Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 2008-ci il təvəllüdlü Səma Məhərrəmova 10 gündən artıqdır ki, itkin düşüb.
Bu barədə Oxu.Az-a atası Əsgər Məhərrəmov məlumat verib.
Ə.Məhərrəmov qızının itkin düşdüyü günü belə izah edib:
"Qızım avqustun 8-də səhər saat 7:25-də evdən çıxıb. Evdəki telefonla "Vasmoy" bazarına (8-ci kilometr Ticarət Mərkəzi) taksi sifariş verib. Telefonu evdə qoyub, özü ilə aparmayıb. Sadəcə, bazarı tanıyır, çünki oraya getmişik. Bazarda taksi sürücüsünün onu maşından düşürdüyünü kameradan izlədik. Orada bir nəfərdən onu Ukrayna dairəsinə aparmasını xahiş edib. Sonra həmin şəxs ona çips və su alıb. Qızım oturacaqda oturub onları yedikdən sonra mühafizəçidən "bura haradır?" deyə soruşub. Mühafizəçi izah edib və qızım Əhmədliyə tərəf gedib. Bundan sonrakı görüntüləri izləyə bilməmişik. Qızımın psixoloji problemləri yox idi və ailədə də münasibətlərimiz yaxşı idi. 10-cu sinfi yeni bitirmişdi".
Qeyd edək ki, 16 yaşlı qız evi tərk etdikdən sonra paytaxtın Nizami və Xətai rayonları ərazisində görülüb, lakin indiki yeri məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Səma Əsgər qızı Məhərrəmovanın itkin düşməsi ilə bağlı axtarış elan olunub.
Məhərrəm Əliyev
Rəylər