Bakıda 7 ay əvvəl itkin düşən 25 yaşlı qadın tapılıb.
Oxu.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya bildirilib ki, 1991-ci il təvəllüdlü Xumar Sadıqova ötən gecə paytaxt ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Polisdən qeyd olunub ki, X. Sadıqovanın tapılmasında ötən gün onun itkin düşməsi barədə xəbər saytlarında və sosial şəbəkələrdə verilmiş elan xüsusi rol oynayıb. Bu elanı görən X. Sadıqovanı tanıyanlar dərhal polisə zəng edərək onun yerini deyiblər.
Qeyd edək ki, Xətai rayon sakini Ramiz Sadıqov 2015-ci ilin sentyabrında polisə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın itkin düşməsi barədə məlumat verib.
Evdən gedərkən o, özü ilə heç bir sənəd götürməyib və 7 yaşlı oğlunu da aparmayıb. Uşaq hazırda baba və nənəsinin himayəsindədir. Valideynləri olmadığı üçün babası uşağı orta məktəbə də düzəldə bilməyib.
16.03.2016
Bakıda 25 yaşlı qadın itkin düşüb.
Oxu.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Ramiz Sadıqov 2015-ci ilin sentyabrında polisə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın itkin düşməsi barədə məlumat verib.
Evdən gedərkən o özü ilə heç bir sənəd götürməyib və 7 yaşlı oğlunu da aparmayıb. Uşaq hazırda baba və nənəsinin himayəsindədir. Valideynləri yoxdur deyə babası uşağı orta məktəbə də düzəldə bilməyib.
Hazırda X. Sadıqovanın tapılması istiqamətində axtarışlar davam etdirilir.
E.Ə.
www.oxu.az