İTV-nin yeni baş direktoru seçilib.
Bu dəfə İTV-nin rəhbəri hazırda “Mədəniyyət” telekanalının rəhbəri olan Cəmil Quliyev seçilib.
ANS PRESS-in məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim etmişdi.
Qeyd edək ki, İTV-nin ilk və ikinci prezidenti İsmayıl Ömərov bu dəfəki seçkilərdə namizədliyini irəli sürməyib.
www.anspress.com
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin