Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Naximov küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin