İyul ayının 28-də keçirilən IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının variantlar üzrə düzgün cavabları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bölmələr və variantlar üzrə düzgün cavabları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytında yerləşdirilib.
Azərbaycan və rus bölməsi üzrə imtahan verən abituriyentlər aşağıda qeyd edilən linklərə daxil olaraq varianlar üzrə düzgün cavablara baxa bilərlər.
Qeyd edək ki, imtahanlarda 11793 abituriyent iştirak edib.
Azərbaycan bölməsi: http://tqdk.gov.az/et2013/a4_e280713.htm
Rus bölməsi: http://tqdk.gov.az/et2013/r4_e280713.htm