Bakıda Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində böyük parkın tikintisi başa salıb.
Oxu.Az xəbər verir ki, bu barədə Day.Az-a Bakının Nərimanov rayonunun İcra Hakimiyyətindən bildiriblər.
Əldə olunmuş məlumata görə, parkın ümumi sahəsi təxminən 2 hektardır. Burada fontanlar, yeni işıqlandırma sistemi quraşdırılıb, dekorativ ağaclar və kollar əkilib, yaxınlıqda yaşayan sakinlərin istirahəti üçün bütün şərait yaradılıb.
İcra Hakimiyyətindən qeyd ediblər ki, park 2 hissədən ibarət olacaq. Onun birinci hissəsi artıq hazırdır, ikinci hissə isə Həsən Əliyev küçəsindən F.Xoyski küçəsinədək uzanacaq. Burada həmçinin 800 yerlik yeraltı, ikimərtəbəli parkinqin inşası planlaşdırılır.




www.oxu.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin