13 aprel tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftənin sonunadək elan olunması nəzərdə tutulur.
Bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, nəticələr hazır olan kimi açıqlanacaq:
"Bu səbəbdən konkret tarix və saat barədə əvvəlcədən məlumat vermək mümkün deyil".
Aləmdə Nəsib