Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İyunun 29-na olan HAVA PROQNOZU
Ölkə ərazisində iyunun 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-17° isti olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq - 17.06.2025
- Dənizdə dalğanın hündürlüyü üç metrə çatır - FAKTİKİ HAVA
- Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
- Bəzi rayonlarda leysan, Qazaxda dolu yağıb - FAKTİKİ HAVA
- Sabah leysan olacaq, şimşək çaxacaq, güclü külək əsəcək - 16.06.2025