Dağlıq Qarabağ münaqişəsi çox ağrılı məsələdir və bu problemin tez bir zamanda həlli Rusiyanın xeyrinədir.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bunu Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakı Slavyan Universitetinin tələbləri qarşısında çıxış edərkən deyib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması Azərbaycan və Ermənistan xalqlarına da fayda verəcək:
“Münaqişənin artıq həll edilməli olduğu barədə anlayış mövcuddur, bunu isə dövlət başçıları səviyyəsində həll etmək lazımdır”.
Rusiya-Azərbaycan münasibətlərindən danışan V.Jirinovski qeyd edib ki, bu əlaqələr çox yaxşı səviyyədədir:
“Münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün böyük potensial var”.