Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Jurnalist Cəmil Məmmədli barəsində başqa yerə getməmək qəti iltizam tədbiri seçilib
Jurnalist Cəmil Məmmədli barəsində başqa yerə getməmək qəti iltizam tədbiri seçilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.
Məlumata görə, Məmmədli Cəmil Qiyas oğlunun barəsində həbs növü olmayan, başqa yerə getməmək qəti iltizam tədbiri seçilib.
Qeyd edək ki, C.Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmışdı.
Rəylər