"Heydər Əliyev XX və XXI əsrlərdə Azərbaycanı parçalanmaqdan, yox olmaqdan və dövlətçiliyimizi dağılmaqdan xilas edərək, ölkəni hüquqi, demokratik və müstəqil dövlət kimi yenidən inşa edib"
Oxu.Az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimindəki çıxışında deyib.
Baş prokuror bildirib ki, ölkə başçısının 2025-ci il üçün "Konstitusiya və Suverenlik İli" elan etməsi dövlətçiliyimizin əsas sütunlarının bir daha təhlil edilməsi və mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
"Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb və bu sənədin hazırlanmasında ulu öndərin müstəsna xidmətləri olub".
Aqil Vəlili