Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Keçmiş hərbçini avtobus vurub öldürdü
Dünən paytaxtın Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Q.Məmmədov idarə etdiyi "Mercedes Ateco" avtobusu ilə Yeni Yasamal ərazisindən keçən Kənar Dairəvi yolda piyada Məhəbbət Əkrəm oğlu Həsənovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, faciəli şəkildə ölən piyada Vətən müharibəsi iştirakçısı olub və 25 il hərbi xidmət göstərib. Baş gizir rütbəsi daşıyan M.Həsənov bir müddət əvvəl ehtiyata buraxılıbmış. O, müharibədən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilibmiş.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakı-Sumqayıt şosesində qəza: "Hyundai" bir neçə ağaca çırpılıb, onları aşırıb
- Şri-Lankada avtobus 100 metr hündürlükdən aşıb: Xeyli sayda ölən və yaralanan var
- Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı
- Bakı-Astara magistralında baş verən qorxunc avtoqəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
- Yas yerinə gedən ailə QƏZAYA DÜŞDÜ: Xeyli sayda yaralı var