"Uşaq vaxtı tərk etdiyim doğma torpaqlara indi övladlarımla qayıdıram".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu bu gün Xocalı rayonunun Xanyurdu kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Elbrus Abbasov deyib.
O bildirib ki, kənddə qurulan yeni evlər, infrastruktur və digər sosial obyektlər sakinlərin rahat yaşayışı üçün yaxşı imkan yaradır.
Elbrus Abbasov göstərilən yüksək diqqətə görə minnətdarlıq edib:
"Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Onların sayəsində həsrətimizə son qoyulub".