Məşhur fotoqraf Reza Deqati Kəlbəcər rayonundan yeni görüntülər paylaşıb.
O, bu barədə “Instagram” səhifəsində paylaşıb.
R.Deqati Kəlbəcərin işğaldan əvvəlki və azad edildikdən sonrakı şəkillərini paylaşıb:
“Ermənilər şəhəri işğal etmədən əvvəl əhalinin oradan çıxması üçün cəmi 10 saat vaxt veriblər.
Onlar ya qaçdılar, ya da öldülər. Əhalinin çoxu qarlı dağlarda öldü. Ermənilər orada məzarlıqlar daxil olmaqla hər şeyi məhv ediblər”.
“Hər zaman Kəlbəcərdə muzeyləri və unikal fəsadları görmək istəyirdim. Oraya daxil olanda heç nə tapa bilmədim. Muzeylərin təməlini belə məhv ediblər.
Minlərlə tarixi abidələr haradadır? Xahiş edirəm ki, bunu UNESCO ilə paylaşın və sual verin”, - deyə fotoqraf əlavə edib.
View this post on Instagram
"Kəlbəcər" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin birinci günü: Altı ərazi işğaldan azad edildi
- Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb
- Nəzrin Atakişiyeva: "Azad Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur"
- Kəlbəcərdə enerji təminatı sahəsində artıq 10-dan çox su elektrik stansiyası istifadəyə verilib
- Komitə rəsmisi: "Kəlbəcərdə Alp üslubu tətbiq edilib"
Digər xəbərlər