Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçası düşməsi nəticəsində bir nəfər ölüb.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
View this post on Instagram
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Növbəti köç Zəngilanın Cahangirbəyli kəndinə çatıb - Foto
- Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın
- Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış
- Cəbrayılda Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi təşkil olundu - Foto
- Prezident İlham Əliyevin Xankəndi və Şuşadakı çıxışları Rusiya mediasında - Foto
Digər xəbərlər