Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər.
Bu barədə Oxu.Az-a FHN-in mətbuat xidmətindən bildirilib.
Hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.
E.Ə.
www.oxu.az