Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kənd məktəbindəki mənimsəməyə görə cinayət işi başlanıldı
Daşkəsəndə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə 20 min manatdan artıq pul vəsaiti mənimsənilib.
Bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.
Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Rəylər