Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kənd təsərrüfatı heyvanlarının yeni sığorta qiyməti fermerlərin xeyrinədir?
Kənd təsərrüfatı heyvanlarının sığorta tarifi dəyişdirilib.
Xezerxeber.az-ın məlumatına görə, qiymətlər Aqrar Sığorta Fondu tərəfindən endirilib.
Belə ki, heyvanın aid olduğu sığorta növünə görə illik qiymətlər minimum bir, maksimum 22 manat azaldılıb. Sığorta iri buynuzlu mal-qara ilə yanaşı, xırdabuynuzlu heyvanları - qoyun və keçi təsərrüfatlarını da əhatə edir.
Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədovun sözlərinə görə, sığorta heyvanları çoxsaylı risklərdən - yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumundan, üçüncü şəxslərin zərərverici hərəkətlərindən qoruyur. Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları zamanı dəyən zərər də aqrar sığorta tərəfindən qarşılanır.
Qurumun nümayəndəsi onu da bildirib ki, 2022-ci ildə 710 min manat, 2023-cü ildə 910 min manat, bu ilin ilk beş ayında isə fermerlərə 550 min manata yaxın ödəniş edilib.
Ətraflı süjetdə:

"Təbii fəlakət" teqi üzrə xəbərlər
- Alovlar içində olan Çilidən qorxunc kadrlar
- Egey beşik kimi yırğalanır: Seysmoloqdan 8.5 bal gücündə ZƏLZƏLƏ XƏBƏRDARLIĞI
- Los-Ancelesdə yeni yanğınlar: Hər 2-3 saniyədə futbol meydançası ölçüsündə sahə məhv olur
- Türkiyədəki fəlakəti dəqiq proqnozlaşdıran seysmoloqdan Qafqazda güclü zəlzələ XƏBƏRDARLIĞI
- Los-Ancelesdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb