Kosmonavtikanın inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmiş görkəmli alim və hərbi xadim, general-leytenant Kərim Kərimovun xatirəsi əbədiləşdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Kərim Kərimovun Bakı şəhərində yaşadığı binaya (Zərgərpalan küçəsi, 16) xatirə lövhəsi vurulsun.
Qaynar xətt:
(055) 224 12 12