İngiltərənin "Nyukasl Yunayted" futbol klubunun baş məşqçisi Eddi Hou tutduğu postdan getməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu haqda "The Athletic" nəşrinin idman jurnalisti Devid Ornşteyn özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, ingiltərəli mütəxəssis məşqçilik fəaliyyətinə fasilə vermək niyyətindədir. Boşalacaq baş məşqçi vəzifəsinə əsas namizəd kimi isə hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"nin sükanı arxasında olan Mattias Yaysslenin adı hallanır.
Qeyd edək ki, 48 yaşlı Eddi Hou 2021-ci ilin noyabrından "Nyukasl"ı çalışdırır. Komanda məhz onun baş məşqçiliyi altında 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub. Ötən mövsüm isə klub İngiltərə Premyer Liqasını 12-ci pillədə başa vurub. Təcrübəli mütəxəssis daha öncə İngiltərədə "Bornmut" və "Börnli" komandalarına da rəhbərlik edib.