Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Keşlədə su xətti partladı: Sakinlər çıxılmaz vəziyyətdə QALDILAR
Yaşadıqları evlərindən çıxmağa məcburdurlar, çünki nəmişlik öz sözünü deyir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, günlərdir evlərinin altından axan su, Bakının Keşlə qəsəbəsində məskunlaşan sakinləri təngə gətirib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər xəbər"ə bildirilib ki, ərazidə vəziyyət doğrudan da ciddidir, o evlər D 600 mm-lik su xəttinin üzərində inşa olunub. Problemi yaradan qəza isə qonşunun evidir, ev sahibi qəzanın aradan qaldırılmasına imkan vermir.
Günü sabah rayon icra hakimiyyəti, eləcə də, digər aidiyyəti qurumların birgə iştirakı ilə əraziyə yenidən baxış keçiriləcək və problemin həlli yönündə işlər aparılacaq.
Ətraflı süjetdə:
Rəylər