Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kiçik marketlərin böyük problemi: Verilməyən ƏDV çekləri - VİDEO
Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması müəyyən edilib. İstehlakçılar alış-veriş edərkən bu hüquqlarının pozulmasından şikayətlənirlər. Necə?
Baku Tv mövzunu araşdıraraq maraqlı süjet hazırlayıb. Əksər insanlar marketlərdə alış-veriş edərkən çekin verilməməsindən şikayətlənirlər. Bu məsələdə də ən çox kassir günahlandırılır. Üz tutduğumuz supermarketdə müşahidələrimizə əsasən demək mümkündür ki, kassirlər alıcılara tələb etməsələr də, çek verirlər. Bəs bu problem hansı marketlərdə yaşanır?
Məsələ ilə bağlı Vergilər Nazirliyinin münasibətini öyrənməyə çalışdıq. Nazirlikdən bildirdilər ki, Dövlət Vergi Xidmətinin qəti mövqeyi budur ki, istehlakçıya kassa çeki mütləq şəkildə təqdim edilməlidir.
ƏDV ilə bağlı digər problem isə “edvgerial” saytından yığılan məbləğlə bağlıdır. Belə ki, bəzi vətəndaşlar bildirirlər ki, yığılan məbləği Kapital bankı çıxmaq şərtilə hər hansı bank kartına yüklədikdə bir manat məbləğində komissiya haqqı tutulur. Bəs vergidən əlavə olunan ödənişdən vergi tutmaq nə dərəcədə doğrudur? Nazirlik bu sualı da cavabsız qoymadı. Belə ki, əgər həmin kart hüquqi və ya fiziki şəxsə məxsusdursa, hüquqi şəxs və fərdi sahibkarların kart hesablarından nağd qaydada vəsaitin çıxarılmasına görə 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.
Sonda bu qənaətə gəldik ki, ƏDV çeklərinin verilməməsinə daha çox kiçik mağazalarda rast gəlinir. Məsələnin digər tərəfi isə göz qabağındadır. ƏDV çeklərindən yığılan məbləğdən tutulan vergi isə birbaşa banklarla əlaqəlidir. Bu məsələyə nazirliyin heç bir adiyyəti yoxdur.
"Dövlət Vergi Xidməti" teqi üzrə xəbərlər
- Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb
- Dövlət Vergi Xidməti və DSMF-nin məlumatı arasında uyğunsuzluq aşkar edilib
- "Apple" azərbaycanlı alıcılara ƏDV hesablamayacaq
- Bu gündən POS-terminalların quraşdırılmaması halları ilə bağlı YOXLAMA BAŞLAYIR
- "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib
Rəylər