"Vətənimizi yenidən bərpa edəcəyik".
Oxu.Az xəbər verir ki, bu sözləri Şuşanın Kiçik Qaladərəsi kəndinə qayıdan keçmiş məcburi köçkün Orxan Qasımov deyib.
O bildirib ki, hazırda həyatının ən xoş günüdür:
"Atamın döyüşdüyü, vuruşduğu həmin torpaqlara fəxr hissi ilə qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün onların sayəsində doğma yurd-yuvamıza qayıdırıq. Vətənimizi bərpa edəcəyik. Allah Ali Baş Komandanımızı qorusun. Onun sayəsində biz bu gün fəxrlə doğma yurd-yuvamıza qayıdırıq".
Qaynar xətt:
(055) 224 12 12