Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kimlər koronavirusu ağır formada keçirir? - TƏBİB sədrindən AÇIQLAMA
“Azərbaycan həkimləri, tibb işçiləri bu xəstəliklə ön xətdə mübarizə aparmağa davam edirlər. Pandemiyaya qarşı əsas mübarizə vaksinin olmasıdır”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bu il SARS CoV-2-nin yeni növü ilə rastlaşmışıq:
“Əhalinin sayı dünyada artdıqca, infeksiyaların xəstəlik törətmə qabiliyyəti də artır. COVID-19 əvvəl heyvanlarda xəstəlik törədirdisə, indi insanlarda xəstəlik yaradır. Hər bir xəstəliyin radikal yayılmasının qarşısının alınması vaksinasiya sayəsində mümkündür”.
O bildirib ki, qripə qarşı vaksin koronavirusa qarşı effektli ola bilməz:
“Vaksinlərin icadından sonra daha güvənli dünyada yaşayırıq. Onlarla xəstəlik ləğv edilib və ya ləğv edilmək üzrədir, milyonlarla insanın həyatı xilas olub.
Koronavirus ən çox ağciyər hüceyrələrinə bağlanır. Koronavirusda 10 faiz ağırlaşma genetik faktorlar nəticəsində olur”.
İlhamə Əbülfət
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər